Reklam
Reklam

Etimologiya lüğəti

nal

Ərəbcədir və mənası “alt” anlamına uyğun gəlir. Atın ayağının altına vurulan də­mirdir. İkinci mənası “evlərdə sütunun altına uzadılan tir” deməkdir. Nəlbəki sözü də buradandır. “Döşəkçə” anlamında dialektlərdə nalça sözü işlədilir. Bu da həmin sözdəndir. Şamaxıda nalçin kəlməsi işlədilir: at nalının üstündə kanal açmaq üçün işlədilən çəkicvarı alətin adıdır. Naltökən sözü də var: daşlı-kəsəkli, əyri-üyrü aşı­rım yola deyirlər (nal dözmədiyinə görə). Tuva dilində daqa (dağa) sözü “nal” mənasında işlədilir. Görünür, türk dillərində məhz dağa olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti