Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

novbahar [no:bahar] isim fars

1. Klassik ədəbiyyatda yazın əvvəli mənasında işlənmişdir. □ Ey əndəlib, səndə bu nə qanundur; Fəğan çəkmək novbaharı görəndə. (Q.Zakir).
2. Məcazi mənada: klassik ədəbiyyatda gənclik, cavanlıq mənalarında işlənmişdir. □ Ömrünün gülzarı xəzanə dönüb; Novbaharı gedən bəs ağlamazmı? (M.V.Vidadi).

Azərbaycan dilinin izahlı lüğəti