İndi bu söz oğlan uşağı ilə bağlı işlədilir, amma qabaqlar qıza da oğul deyiblər (indi də qalmaqdadır). Söz doğul feili zəminində əmələ gəlib, oğlaq da buradandır (qabaqlar quzuya da oğlaq deyilib). Yakutiyada (saxa dilində) oğo “uşaq” deməkdir, oğolon “родить” kimi tərcümə edilib. Bu, bir daha sübut edir ki, oğlan və doğmaq kəlmələri eyni kökə malikdir. Başqa dillərdə də belədir: сын sözü ruslara qədim Hind dilindən keçib, “doğmaq” anlayışını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti