norv. odelsting < odel – feodal malikanəsi + ting – yığıncaq
Norveç parlamentinin (stortinqin) 2009-cu ilədək aşağı palatası.
Uzun müddət əhalinin seçdiyi parlament öz deputatlarının 1/3-i tərkibində yuxarı palatanı – laqtinqi formalaşdırıb, qalan deputatlar isə O.-i təşkil edib. Stortinq formal olaraq yenə də iki palatadan ibarət olsa da, 2009-cu il seçkilərindən sonra onların hər ikisi birlikdə fəaliyyət göstərir və ümumi yığıncaqlar keçirir.
Tarix terminləri lüğəti