Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

odlu [oddu] sifət

1. Odu olan; yanar, alovlu, közərən. □ Odlu ocaq.
2. Məcazi mənada: qırmızı, od rəngli. □ Onun dalısınca yarır mənim də; Odlu üfüqləri xəyalım yenə. (M.Rahim).
3. Məcazi mənada: ehtiraslı, coşqun, yanar; atəşin, ehtiraslı, qızğın, hərarətli, coşqun. □ Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. (A.Şaiq).
4. Məcazi mənada: təsiredici, təsirli, yanıqlı, yandırıcı, yaxıcı. □ O qədər keçmədi qarşıkı dağdan; Ucaldı bir qəlbin odlu naləsi. (S.Vurğun).

Azərbaycan dilinin izahlı lüğəti