Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

onillik [onillix'] sifət

1. On il sürən, on il müddətli, on il davam edən; on il müddətinə tərtib olunmuş, on ili nəzərdə tutan. □ Onillik xidmət. Onillik plan.
2. Təhsil müddəti on il davam edən. □ Onillik məktəb.
3. İsim kimi: təhsil müddəti on il davam edən tam orta məktəb. □ Onilliyi qurtarmaq. Onillikdə oxumaq.
4. On yaşında olan, onyaşar. □ Onillik ağac.
5. On ildən qalma, on il ömrü olan. □ Onillik konyak.
6. İsim kimi: on ildən, əsrin onda birindən ibarət vaxt hesabı. □ 20-ci əsrin birinci onilliyi.

Azərbaycan dilinin izahlı lüğəti