Reklam
Reklam

Tarix terminləri lüğəti

padarlar

Qədim oğuz tayfalarından biri.

P.-ın Azərbaycana Elxanilər dövründə (XIII əsr) gəldiyi ehtimal olunur. Terminin etimologiyası dəqiq müəyyənləşməsə də, M.Baharlının fərziyyəsinə görə, “padar” sözü Cığatay xanın oğlu Baydarın adından yaranıb. XVI–XVII əsrlərdə ləzgilərin basqınlarının qarşısını almaq məqsədilə P. Azərbaycanın şimal bölgələrinə köçürülüb. XIX əsrdə Cavad qəzasında yaşayan bu tayfa bir neçə tirə və qollara (İlxıçı, Qaraçörünlü və s.) bölünüb. Azərbaycanda Padar (Dəvəçi, Ağsu, Oğuz, Sabirabad, Xaçmaz rayonları), İlxıçı (Ağsu və Xaçmaz rayonları) və İlxıçılar (Ağdam və Tərtər rayonları) kəndlərinin adının P.-la əlaqədar olduğu ehtimal edilir.

Tarix terminləri lüğəti