1. Təmiz. □...Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. (H.Zərdabi).
2. Məcazi mənada: təmiz. □ Dost arası pak gərək. (Atalar sözü).
3. Məcazi mənada: müqəddəs, mübarək, əziz. □...Özgələr önündə pak görünməsi; O, hələ bilmir ki, ləkədir ona. (B.Vahabzadə).
Qütb dənizlərində yaranan çox iri çoxillik üzən buz. □ Pakın qalınlığı 3-5 metr olur.
Azərbaycan dilinin izahlı lüğəti