Şimali və Şimal-Şərqi Sibirin Neolit dövrünə xas arxaik tipli mədəni xüsusiyyətlərə malik bir sıra azsaylı xalqlara aid edilən termin.
Bu termin XIX əsrdə rus alimi L.Şrenk tərəfindən təklif olunub. Həmin xalqların dillərinin Şimali Asiyanın böyük dil ailələrindən heç biri ilə qohumluq əlaqələrini müəyyənləşdirmək mümkün olmadığından onları xüsusi P.X. qrupuna ayırmaq qərara alınıb. Eyni zamanda “qədim Asiya xalqları” adlandırılan bu qrupa çukça, koryak, itelmen, çuvan, yukagir, nivx, ket, eskimos, aleut və aynular daxil edilib. Lakin sonrakı linqvistik, etnoqrafik və arxeoloji tədqiqatlar belə bölgü sisteminin süni və qeyri-elmi xarakter daşıdığını göstərib. Çünki P.X.-nın həqiqətən Şimali Asiyanın aborigenləri olması faktı təsdiqlənsə də, onların mənşə və dil baxımdan bir-birindən xeyli fərqləndiyi müəyyən olunub.
Tarix terminləri lüğəti