yun. palaios – qədim + yun. lithos – daş
Daş əsrinin ilk dövrü.
Təxminən 2,5 milyon il əvvəl başlanıb və e.ə. 12-10-cu minilliyədək davam edib. P. qədim insanların meydana gəldiyi və daş alətlərdən istifadə etməyi öyrəndiyi vaxtdan faktik olaraq heyvandarlıq və əkinçiliyin yaranmağa başlamasına qədər olan dövrdür. O, bəşəriyyət tarixinin 99%-ni əhatə edir. Yerin geoloji tarixində isə P. Kaynozoy erasının Neogen dövrünün Pliosen və Dördüncü dövrünün Pleystosen epoxalarına təsadüf edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti