isp. pampa – çöl, düzən
Cənubi Amerikanın subtropik iqlim qurşağında yerləşən çöl zonası (cəm halında – pampas).
P. Argentina, Uruqvay və Braziliyada 750.000 km2-dən çox sahəni tutur, torpağı münbitdir və yağıntı ilboyu təxminən bərabər bölünüb. Buna görə də həmin zonada, xüsusilə Argentinanın ərazisinə düşən hissədə kənd təsərrüfatı yaxşı inkişaf edib. Ətraf ərazilərdə landşaft çox müxtəlif olduğu üçün P.-da fərqli və unikal heyvan növlərinə rast gəlmək olur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti