ABŞ və Amerika qitəsinin digər ölkələrinin tarixi taleyinin, iqtisadiyyat və mədəniyyətinin ümumiliyi ideyasına əsaslanan siyasi doktrina.
P. XIX əsrin başlanğıcında bəzi Avropa dövlətlərinin Amerikanın daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq meydana çıxıb və Latın Amerikası ölkələrinin Avropa müstəmləkəçiliyindən azad edilməsində mühüm rol oynayıb. Lakin XIX əsrin sonundan etibarən ABŞ P.-dən Latın Amerikası ölkələrinə ekspansiyasını gücləndirmək məqsədilə istifadə etməyə başlayıb. P.-in əsas müddəaları “Monro doktrinası”nda öz əksini tapıb. Bu doktrinanın prinsiplərinin işlənib hazırlanmasında ABŞ dövlət xadimi T.Ceffersonun (1743–1826) mühüm rolu olub.
Tarix terminləri lüğəti