Reklam
Reklam

Tarix terminləri lüğəti

pangermanizm

Bütün etnik almanların bir dövlətdə və ya bir ittifaqda birləşməsi ideyasına əsaslanan siyasi doktrina.

P. XIX əsrin 80-ci illərində Avstriya-Macarıstanda meydana gəlib. Bu doktrinanın müəllifi sayılan G.Şenerer və onun ardıcılları Avstriya ilə Almaniyanın bir dövlətdə birləşməsinə çalışıblar. P. ideyalarının əsas daşıyıcısı 1891–1939-cu illərdə fəaliyyət göstərmiş “Pangerman ittifaqı” adlı təşkilat olub.

Tarix terminləri lüğəti