Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

polesye

Pripyat çayı hövzəsində ovalığın adından

Mərkəzi və Şərqi Avropanın qarışıq meşələr zonasında Dördüncü dövr buzlaq sularının yaratdığı ovalıq sahələr.

P. dörd dövlətin (Belarus, Ukrayna, Rusiya, Polşa) ərazisində yerləşir. Ümumi sahəsi təxminən 130 min km² təşkil edir. Bura bataqlıq və göllərin çox olduğu çətin keçilən sahələrdir. Analoji landşaft formasına malik ərazilərə Kanadanın cənubu və ABŞ-ın şimalında da rast gəlinir. Terminin hind-Avropa dil ailəsinə daxil olan slavyan dil qrupunda “les” (meşə), yaxud Baltik dil qrupunda pol/pal (bataqlıq) sözündən yarandığını ehtimal edən fərziyyələr mövcuddur.

Coğrafiya terminləri lüğəti