1. Əxlaqsız, əxlaqı pis. □ Sizin məktəbin tələbəsi... pozğun adamlarla qumar oynayırmış. (Z.Xəlil).
2. Pozulmuş halda olan, pozulmuş, dağılmış, bərbad hala gəlmiş, nizamsız. □ İraq və Bağdad qoşunu... pozğun bir surətdə qaçmışdı. (M.S.Ordubadi).
3. Pərişan, pis. □ Əhvalım elə pozğun idi ki, yuxu-zad məndən çox uzaq idi. (C.Məmmədquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti