1. Əxlaqsızlıq, mənən pozulmuş adamın hal və keyfiyyəti. □ ...get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. (S.Hüseyn).
2. Nizamsızlıq, qarışıqlıq, pərakəndəlik, ixtilaf, pərtlik, dilxorluq. □ Məclisə pozğunluq düşmək.
3. Məğlubiyyət, yenilmə. □ Pozğunluğa uğramaq.
4. Pərişanlıq, xarablıq. □ Əhvalın pozğunluğu.
Azərbaycan dilinin izahlı lüğəti