Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qüsurlu [qüsurru] sifət

1. Bir eybi, nöqsanı, qüsuru, çatışmazlığı olan; eyibli, nöqsanlı. □ Qüsurlu mal. 
2. Bitməmiş, natamam, yarımçıq. □ Bu evin qapı və pəncərəsi yoxdur, qüsurludur.
3. Təqsirli, günahlı, qəbahətli. □ Mən ki özümü belə bir işdə qüsurlu bilmirəm. (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti