Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qışlaq

Mal-qaranın qışladığı ərazi, otlaq sahəsi.

Q.-lar maldarlıq və qoyunçuluğun formalaşması prosesində meydana çıxıb. Mal-qara soyuq aylarda iqliminin nisbətən mülayimliyi, yem ehtiyatının bolluğu və örüşlərinin genişliyi ilə fərqlənən Q.-da saxlanılır və artırılır. Azərbaycanda Qarabağ, Mil, Muğan, Şirvan düzlərində və s.-də qədim Q.-lar yerləşir.

Coğrafiya terminləri lüğəti