1. Qırılmış, kəsilmiş. □ Qırıq məftil.
2. Rabitəsiz, əlaqəsiz. □ Qırıq cümlə.
3. Sınıq, sınmış. □ Qırıq kasa. Qırıq şüşə.
4. Yaramaz, dəyərsiz, sınıq. □ Qırıq tüfəng.
5. İsim kimi: qırılmış, sındırılmış, parçalanmış şeyin kiçik parçası, tikəsi. □ Şüşə qırığı.
6. Tullantı; qırıntı. □ Kağız qırıqları. Papiros qırığı.
7. “Bir” sözü ilə: bir qırıq – bir tikə, bir az, bir zərrə. □ Bir qırıq çörək.
8. Məcazi mənada: incimiş, sınmış. □ Qırıq könül.
Həmçinin bax: