Orta əsrlər türk ədəbiyyatında saz şairlərinin əruz vəznində “məfulü, məfailü, məfailü, fəulün” vəznində yaratdıqları qəzəl.
Nümunə:
Ya rəb, məni ol afəti-dövranın unutmuş,
Ol rubları gül, ləbləri mərcanım unutmuş.
Əğyar ilə yar olmuş o mehparə eşitdim,
Bu bəndei-məftunu cananım unutmuş.
Ya noldu bizə eylədi əhdü-amanlar,
Cümləsini ol dilbəri-fəttanım unutmuş.
Məclisdə sorar rəmz ilə ahbaba bu kimdir?
Zuhrə qulunu ya nə əcəb canım unutmuş. (Zuhrə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti