1. Niyyət, məqsəd, məram. □ Göyərçin onu görüncə əsdi; Bildi ki, nədir tərlanın qəsdi.(M.Seyidzadə).
2. İlə qoşması, yaxud -lə şəkilçisi ilə – məqsədilə, ...niyyəti ilə, ...üçün.
3. İlə qoşması, yaxud -lə şəkilçisi ilə – qəsdən, müəyyən məqsədlə. □ Qəsd ilə nihan edib kitabın; Həddən aşırırdı iztirabın. (Füzuli).
4. Gizli məqsəd, pis niyyət, gizli ədavət. □ Bu işdə heç bir qəsd olmamışdır.
5. Birini öldürmək, yaralamaq, yaxud zərər vermək üçün edilən təşəbbüs, görülən iş; sui-qəsd.
6. Məcazi mənada: birini öldürmək, yaralamaq, yaxud zərər vermək. □ Gözünü düzüb süzürsən, dilü canə qəsd edirsən. (Nəsimi).
7. Qəsdindən şəklində – ürəyindən, qəlbindən, xəyalından, fikrindən. □ Hər kəsin qəsdindən aşıqlıq keçər; Qarşı gəlsin, edək cəngi qıjhaqıj. (Aşıq Ələsgər).
Həmçinin bax: