Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qaçaq [qaçax] isim

1. Hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adam.

2. Bir cinayət edib hökumətdən və ya həbsdən qaçaraq, dağda və meşələrdə yaşayıb soyğunçuluqla məşğul olan adam; quldur. □ Ağa, üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan?(N.Nərimanov).
3. Bu və ya başqa bir səbəbə görə qaçmağa, baş götürüb getməyə məcbur olan adam.
4. Sifət kimi: sürüdən qaçan, sürüdə durmayan; bərk gedən, başını saxlamaq çətin olan. □ Qaçaq qoyun. Qaçaq at.
5. Sifət kimi: gömrük, rüsum verməmək üçün gizli gətirilən. □ Qaçaq mal.

Həmçinin bax:

frazeologizm: evindən qaçaq düşmək frazeologizm: əlindən qaçaq düşmək frazeologizm: qaçaq düşmək frazeologizm: qaçaq salmaq Azərbaycan dilinin izahlı lüğəti