Reklam
Reklam

Etimologiya lüğəti

qaşqaldaq

Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən qaşqa sözü ilə kökdaşdır. Mənbələrdə qaşqa aldaq, qaş­qa­al­laq, qaşqalaq formalarında yazılıb və “лысая утка (daz ördək)”, ya da “su to­yu­ğu” kimi açıqlanıb. Qaşqa bütün hallarda “ağ” mənası ilə bağlıdır. Mən­bə­lərdə “daz “(лысый) mənasında qırbaş sözü də var. Ehtimal ki, bu qırbaş “qaş­qa”ya çevrilib. “Седой” mənasında qırğı, “седеть” mənasında kajay sözləri olub. Qırğı kajay kəlmələrinin qaşqa formasına düşməsi mümkündür. Güman edi­rəm ki, sözün sonundakı daq (laq) hissəsi leylək kəlməsinin ixtisarından ibarətdir: quş qaşqa leylək adlanıb. Qaşqa sözünün sinonimi sakar (saqqar), Anadolu türklə­rin­də isə akıtma sözüdür. Qaşqaldağa həm də sakarbalaq (ehtimal ki, “ayaqları ağ” deməkdir) deyiblər. Qazax rayonunda saqqar sözü indi də “qaşqa” mə­na­sında işlədilir (saqqar qoçu bəri gətir). Bəzi dillərdə kaçay sözü “седой” mə­nasında işlədilir. Deməli, qaşqa (kacay) sözünün bir mənası “ağ” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti