Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qabaqlamaq [qabaxlamax] feil

1. Bir hadisənin baş verməsinə mane olmaq üçün qabaqcadan tədbir görmək, baş verməyə qoymamaq, qabağını almaq. □ Görkəmlli alim zəmanəsini xeyli qabaqlamışdı.

2. Qabağını kəsmək, qabağında dayanıb getməyə qoymamaq. □ Cahan istəyir getsin, Soltan bəy tez qabaqlayır. (Ü.Hacıbəyov).

3. Başqasının etmək istədiyi bir işi ondan qabaq görmək, yaxud söyləmək. □ Mən deyəcəkdim, lakin o məni qabaqladı.

4. Ötmək, keçmək. □ Budur, aşağıdan üçüncü dolayıdan başıyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq. (C.Məmmədquluzadə).

5. Qabağına salmaq. □ Nəzarətçilərdən biri oğrunu qabaqlayıb gətirdi.

Azərbaycan dilinin izahlı lüğəti