Mərhum professor Ə.Dəmirçizadə Qaf (Qaf dağı) və Kas (Kaspi) sözlərinin qohumluğu haqqında mülahizə söyləyib. Başqaları sözü Litva dili (“hündür” mənasında), fars dili (“qarla örtülü” mənasında), latış sözü (“buzlu” mənasında) və s. zəminində şərh etməyə səy göstəriblər. Hind dili ilə bağlayanlar da var. “Avesta”dan çıxış edənlər onu Qartal dağı kimi yozurlar (orada bu dağın adı Kahgaya kimi gedib ki, bu da “qartal” anlamını verir). Sonuncu daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti