1. Emal etmə, hazırlama, istehsal etmə. □ Bu fabrikdə mebel qayırırlar.
2. Sifət kimi: saxta, uydurma, qondarma; süni. □ ..Sədr və katibin imzaları da qayırma və uydurma imzalardır. (M.S.Ordubadi).
3. "...qayırma" şəklində bəzi isimlərə qoşularaq, ismin ifadə etdiyi şeyin istehsalı ilə əlaqədar olan mürəkkəb sözlər düzəldilir. □ Maşınqayırma, dəzgahqayırma və s.