Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qazma1 [qazma] feil

1. Hər hansı bir alət ilə torpağı qaldırıb yeri oymaq, oyuq açmaq, dərinləşdirmək, çuxurlaşdırmaq. □ Qazma texnikasının inkişafı.

2. Sifət kimi: oyulmuş, həkk olunmuş. □ Qazma möhür. Qazma naxış.
3. Sifət kimi: quyu qazmağa məxsus; neft və s. quyusu qazan. □ Qazma texnikası. Qazma alətləri.
4. İsim kimi: neft və s. çıxarmaq üçün qazılan quyu; şaxta.
5. İsim kimi: torpaq qazmağa məxsus saplı alət. □ Çıxar damə beş-on fəhlə, əlində qazma balta. (M.Möcüz).

qazma2 [qazma] isim

Yeraltı daxma, yerin altında qazılmış müvəqqəti, ya daimi ibtidai ev, yaşayış yeri. □ Kaşanələr ağaların, qazma bizim, viran bizim; Eyş onların, nuş onların, zəhər bizim, qatran bizim. (M.Müşfiq).

Azərbaycan dilinin izahlı lüğəti