Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qoşulmaq [qoşulmax] feil

1. "Qoşmaq" feilinin məchul növü.
2. Birləşmək, qarışmaq, daxil olmaq, bir işin iştirakçısı olmaq. □ Payızda da anasına qoşulub pambıq yığırdı. (İ.Əfəndiyev).
3. Şərik olmaq, razı olmaq, qəbul etmək. □ Yoldaş sədr, cavanlar deyənə mən də qoşulub qol qoya bilərəmmi? (Mir Cəlal).
4. Yoldaş olmaq, birləşmək, əlaqə saxlamaq. □ Bir qadına qoşulub getdim xəstəxanaya.
5. Məşğul olmağa başlamaq, pis iş dalınca getmək. □ Sən mənim məsləhətimi eşitməyib, yenə yaman işə qoşuldun. (M.F.Axundzadə).
6. Qarışmaq, müdaxilə etmək. □ Sənlik nə var ki, bu işə qoşu- lursan? (M.F.Axundzadə).

Həmçinin bax:

frazeologizm: axına qoşulmaq frazeologizm: efirə qoşulmaq Azərbaycan dilinin izahlı lüğəti