1. Yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış; uzunmüddətli xidmət və fəaliyyətinə görə hamının hörmətini qazanmış; əməkdar. □ Qoca ayrı, qocaman ayrı. (Atalar sözü).
2. Qoca, yaşa dolmuş. □ Bu gün neçə gündür qocaman Zakir; Tazə-təri sevmiş, tazə-tər olmuş. (Q.Zakir).
3. Məcazi mənada: əzəmətli, iri, böyük, cəsamətli. □ Qocaman dağlar.