Reklam
Reklam

Etimologiya lüğəti

qoltuq

Qol sözü ilə bağlıdır, “qolun altı” deməkdir. Ruslarda da пазуха, под духа dan törəyib (duxa qədim hindlilərdə “qul” deməkdir). Bizim tuq da həmin duxa ilə qohum ola bilər. Bu sözün qolbiç variantı da olub. Rusca qol “просить”, qol­tuqçu isə “попращайка” kimi tərcümə olunub. Qoltuqda yaşamaq kiminsə əməyi he­sa­bı­na yaşamaqdır. Qoltuq (qolbiç), görünür, qolun bucaq əmələ gətirdiyi yerdir. Türk­mən dilində “ilişmə, birləşmə” mənalarında qolta kəlməsi işlə­di­lir. Qol­tuq da birləşmə ilə bağlı ola bilər. Tuva dilində qol yerinə qoltuq işlədirlər: çanqız qolduk birləşməsi “təkqol” kimi açıqlanıb (çanqız “yalqız” deməkdir). 2. Əsli qolyığmaq kəlmələrindən ibarətdir. Əzələlərin yığılması və açılması ilə bağ­lıdır. Maraqlıdır ki, rus dilindəki подмышка sözü də “əzələ” anlamına uyğun gəlir. Qoltuq sözü ye­­rinə, mənbələrdə qoldaq, qoldağu, qolbiç kəlmələri də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti