1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. □ Sərçələr söyüd ağacına qondular.
2. Yerə enmək. □ Təyyarə meydançaya qondu.
3. Toz haqqında – çökmək, oturmaq. □ Paltarına toz qonmaq.
4. Cəld oturmaq, əyləşmək, minmək. □ Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. (“Koroğlu”).
5. Məcazi mənada: çökmək, təzahür etmək, ifadə etmək. □ Qeyri-adi bir kədər uşağın gözlərinə qonmuşdu. (M.İbrahimov).
6. Məcazi mənada: şığımaq, hücumla birinin başının üstünü almaq. □ Əsgərlərimiz şahin kimi düşmən üzərinə qondular.
Həmçinin bax: