Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qorxuzmaq [qorxuzmax] feil

1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. □ Ay çalağanlar, məni qorxuzmayın; Mən sizə tərk eyləmişəm lanəni! (M.Ə.Sabir).
2. Təşvişə salmaq, canına qorxu salmaq. □ Tənbəl anaları uşağı xortdandan qorxuzublar ki, səsini kəsib yatsın. (C.Məmmədquluzadə).
3. Hədələyərək qorxuya salmaq, hədələmək. □ Bəlkə Həpir.. arvad-uşağı qorxuzmaq üçün qəzəblə gəlirdi? (Mir Cəlal).

Azərbaycan dilinin izahlı lüğəti