Reklam
Reklam

Etimologiya lüğəti

quda

V.Radlov məşhur 8 cildlik əsərinin 2-ci cildinin 2-ci hissəsində (s.1128) yazır ki, quda sözünün mənası “kəbin” deməkdir. Qırğızlarda kətqudayşlıq sözü ilkin (birinci) “kəbin” anlamında işlədilir (kətxuda sözü də bununla qohumdur). Kəbin alınma sözdür, bizdə onun yerinə quda, qayın, qazın sözləri işlədilib, sonra quda “kəbin qohumları” anlamını bildirib, qayın –“ərin və ya arvadın qardaşı” mə­na­sın­da məhdudlaşıb, “qadın” – ərli arvada deyilir, qazın isə sıradan çıxıb. Qudaqut (xoşbəxtlik) sözləri tarixi baxımdan eyni kökə malikdir. Qədim türklərin düşüncə tərzinə görə, gəlin ər evinə xoşbəxtlik gətirirmiş. Maraqlıdır ki, qo­hum­la­rın ən əzizi quda hesab olunmuşdur. İndiki qayınana, qayınata heç də ərin (ar­vadın) qar­da­şı­nın anası və ya atası demək olmayıb, quda ana, quda ata kimi iş­lədilib (“kəbin qohumluğu üzrə ana...” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti