1. Bir yerdə qurulmuş mexanizm, maşın, cihazlar sistemi və s. texnikiavadanlıq. □ Orda keşik çəkən bütün fəhlələr; Gözü tək qoruyur bu qurğuları. (S.Vurğun).
2. Hər hansı bir işi, əməliyyatı icra etmək üçün vasitə ola bilən alət,cihaz, tərtibat, vəsait. □ İdman qurğuları.
1. Büsat, təntənə, dəsgah. □ Çərxin gərdişindən bimürvət fələk; Sitəmindən necə canlar itibdir; zülmünü aşikar qıldın nümayan; Qurğular pozulub, sanlar itibdir. (Aşıq Ələsgər).
2. Hiylə, kələk, dolab, əl altından hazırlanan tələ. □ Qurğular düşünmək.
Həmçinin bax: