Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qurtarmaq [qurtarmax] feil

1. Bitirmək, axıra çatdırmaq, tamamlamaq. □ İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq.
2. Bitmək, tamamlanmaq, axıra çatmaq. □ İclas axşam saat 9-da qurtardı. (Ə.Vəliyev).
3. Tükənmək. □ Pulu xərcləyib qurtarmaq.
4. Xilas etmək, azad etmək, nicat vermək. □ Dənizdə boğulanı qurtarmaq. 
5. Ağır, çətin, pis, çıxılmaz vəziyyətdən çıxarmaq. □ qız xeylağı ki burda əsirdir, baba onu da qurtarmaq üçün mənəkömək eləsəydin... (Ə.Məmmədxanlı). 
6. Xilas olmaq, özünü xilas etmək, qurtulmaq, nicat tapmaq. □ Bir nəfərin zindandan qurtarması.. sevindirdi. (M.İbrahimov).
7. Ölmək, keçinmək. □ Xəstə artıq qurtardı.

Həmçinin bax:

frazeologizm: başını qurtarmaq frazeologizm: boğazını kəndirdən qurtarmaq frazeologizm: canı qurtarmaq frazeologizm: canını qurtarmaq frazeologizm: cəncəldən qurtarmaq frazeologizm: çəngindən qurtarmaq frazeologizm: ehtiyacdan qurtarmaq frazeologizm: əlindən qurtarmaq frazeologizm: ilan ağzından qurtarmaq frazeologizm: ilan əlindən qurtarmaq frazeologizm: intizardan qurtarmaq frazeologizm: konturu qurtarmaq frazeologizm: yaxasını qurtarmaq Azərbaycan dilinin izahlı lüğəti