lat. radium – şüa, şüalandırmaq + yun. mikros – kiçik + yun. phone – səs
Səs siqnalını qəbulediciyə yüksəktezlikli radio dalğaları ilə ötürən cihaz.
Səs rəqslərini elektromaqnit dalğasına çevirərək translyasiya etməklə R. birləşdirici naqillərə ehtiyacı aradan qaldırır. R. üç hissədən – mikrofonun özündən, ona birləşdirilmiş miniötürücüdən və göndərilən siqnalı qeydə alan kiçik qəbuledicidən ibarətdir. R.-un üstünlüyü səs qaynağına sərbəst hərəkət etmək imkanı yaratmağındadır: mənbə yerini dəyişməsinə baxmayaraq, onun R.-a nisbətən vəziyyəti əvvəlki kimi qalır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti