Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

rahat [rahat] sifət ərəb

1. Əziyyətsiz, əziyyət verməyən, narahat etməyən.

2. Zərf kimi: əziyyətsiz, əziyyət verməyən, narahat etməyən. □ Yarım saata qədər yenə rahat uçuruq. (M.İbrahimov).

3. Qayğısız, dərdsiz, dərdsiz-qəmsiz; sakit, asudə. □ Rahat həyat.

4. Zərf kimi: qayğısız, dərdsiz, dərdsiz-qəmsiz; sakit, asudə. □ Əvvəl zəhmət çəkən sonra rahat olar. (Atalar sözü).

5. Gen, gen-bol, narahat etməyən. □ Rahat paltar.

6. Zərf kimi: gen, gen-bol, narahat etməyən.

Həmçinin bax:

frazeologizm: canı rahat olmaq frazeologizm: rahat buraxmamaq frazeologizm: rahat durmamaq frazeologizm: rahat nəfəs almaq Azərbaycan dilinin izahlı lüğəti