1. Mürəkkəb haldan sadə hala keçmə, bir şeyin bu və ya başqa cəhətdən azalması, zəifləməsi.
2. Biologiya. Bədən üzvünün öz funksiyasını itirməsi ilə əlaqədar olaraq ölməsi, həcmcə kiçilməsi, quruluşunun sadələşməsi. □ Gözün reduksiyası.
3. Kimya. Maddənin oksiddən təmizlənib bərpa olunması, oksiddən azad olması.
4. Elektrotexnika. Hər hansı bir kəmiyyətin azalması, kiçilməsi. □ Buxar təzyiqinin reduksiyası.
5. Dilçilik. Müəyyən fonetik vəziyyətdə səsin zəifləməsi.
Azərbaycan dilinin izahlı lüğəti