1. Geriyə dönmə, qayıtma, gəldiyi yerə tərəf hərəkət; əvvəlki yerə qayıtma; geri çəkilmə. □ ..Siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. (M.S.Ordubadi).
2. İlahiyyat. Dini etiqadlara görə qiyamət günü dirilib təzədən məhşərə qayıtma. □ Hər kəs ölənlərin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir. (C.Məmmədquluzadə).
3. Məcazi mənada: haşiyə çıxma, mətləbdən kənar çıxma. □ Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti