1. Sökülmüş, uçulmuş, dağılmış halda olan. □ Sökük divar. Sökük döşəmə. Sökük daxma.
2. İsim kimi: binanın və s.-nin sökülmüş yeri. □ Evin sökükləri görünür. Divarın söküklərini təmir etmək.
3. Tikişi, sapı, hörgüsü açılmış, sapı qaçmış. □ Sökük xalça. Sökük papaq. Sökük ətək.
4. İsim kimi: paltarın və s.-nin tikişi, sapı açılmış yeri. □ Paltarın söküyünü tikmək. Corabın söküyünü gözəmək.