Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sürünmək [sürümməx'] feil

1. Üzüstə bütün bədənilə bir səth üzərində hərəkət etmək (sürünən heyvanlar haqqında). □ Yolun kənarında ilan sürünür. 
2. Qalxmadan, əlin, ayağın köməyi ilə qabağa doğru hərəkət etmək. □ Bunu deyib, qadın gözlərindən yaş tökərək oğlanın ayağına sürünmək istədi. (Ə.Haqverdiyev).
3. Məcazi mənada: zəhmət və məşəqqət içində yaşamaq, səfalət içində yaşamaq, acınacaqlı həyat keçirmək. □...Çil yavruları kimi hərə bir yana düşmüş, səfilanə sürünürlər. (C.Cabbarlı).
4. Məcazi mənada: yavaş-yavaş hərəkət etmək. □ Dərələrdən ağır duman sürünür; Göy yamaclar ağ örpəyə bürünür. (R.Rza).

Həmçinin bax:

frazeologizm: quyruqda sürünmək Azərbaycan dilinin izahlı lüğəti