1. Əlini bədənin müəyyən yerinə basa-basa o tərəf-bu tərəfə gəzdirmək, ovxalamaq. □ Qolunu sürtmək. Üzünü sürtmək. Kürəyini sürtmək.
2. Sürtərək xırdalamaq, doğramaq, şirəsini çıxartmaq. □ Çuğunduru sürtkəcə sürtmək.
3. Hərəkət zamanı ağrı vermək, dərini incitmək, əziyyət vermək, zədələmək. □ Çəkmə ayağımı sürtür.
4. Çəkmək, toxunduraraq gəzdirmək, dəydirmək. □ Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. (A.Səhhət).
5. Qum, pasta və s. ilə sürtüb təmizləmək. □ Qabları sürtmək. Vannanı sürtmək.
6. Dialekt. Süründürmək.
Həmçinin bax: