1. Bərk bir şeyə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, qırıb tökmək. □ Stəkanı yerə salıb sındırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq.
2. Qopararaq üzmək, qırmaq. □ Şaxı sındırmaq. Stolun qıçını sındırmaq.
3. Korlamaq, xarab etmək, yararsız hala salmaq. □ Saatı sındırmaq. Oyuncağı sındırmaq. Aləti sındırmaq.
4. Şikəst etmək, qırmaq. □ Qolunu sındırmaq. Ayağını sındırmaq.
5. Məcazi mənada: məhv etmək, yox etmək, məğlub etmək, dağıtmaq. □ Köhnəlmiş idarə üsulunu sındırıb yenisini qurmaq.
6. Məcazi mənada: pərt etmək, xətrinə dəymək, məyus etmək. □ Səlim son sözilə məclisdə sındırmışdı. (S.Hüseyn).
7. Məcazi mənada: həvəslə, şövqlə oynamaq (rəqs etmək). □ Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır. (C.Cabbarlı).
Həmçinin bax: