1. Yüngülcə ağrımaq, sızı vermək. □ Sümüklərim sızıldayır. Dişi sızıldamaq.
2. Məcazi mənada: halından, həyatından şikayətlənmək, ağlayıb-sızlamaq. □ Ey sevdiyim, səndən cüda düşəli; Qan-yaş töküb sızıldaram, yanaram. (Q.Zakir).
3. Zarımaq, inildəmək, ağlamaq. □ ...neçə dəfə sızıldayıb anasını çağırdı. (Mir Cəlal).