1. Müxtəlif məqsədlər üçün çəkilən divar, hasar. □ Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. (M.Rzaquluzadə).
2. Suyun qarşısını almaq üçün betondan divar; dəhnə, bənd. □ Çay ... at kimi baş alıb gedir, bəndləri və sədləri uçururdu. (Ə.Vəliyev).
3. Məcazi mənada: maneə. □ Bir neçə dəqiqə içərisində Məşədi bəylə müəllim arasında sədd uçub töküldü. (M.Hüseyn).
Həmçinin bax: