Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sədr [sədr] isim ərəb

1. İclasa, yığıncağa başçılıq edən şəxs. □ Sədr iclası açdı. İclasa sədr seçmək.
2. Dövlət, hökumət və ya ali dövlət orqanları rəhbərlərinin rəsmi adlarının tərkibində. □ Milli Məclisin Sədri. Nazirlər Sovetinin Sədri.
3. Bəzi idarələrin, təşkilatların, cəmiyyətlərin və şöbələrin rəhbəri, başçısı. □ Kolxoz sədri. Yerli komitə sədri.

Azərbaycan dilinin izahlı lüğəti