1. Müharibə elanı ilə əlaqədar olaraq, ehtiyatda olan müxtəlif yaşlıların və hərbi qulluğa yararlı olanların ordu sıralarına çağırışı. □ Səfərbərlik elan olunan gündən Gülpəri heç nəyə əl vurmamışdı. (M.Hüseyn).
2. Məcazi mənada: hər hansı bir işin, kütləvi tədbirin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün adamları cəlb etmə, səfərbər etmə. □ Müharibə dövründə işçi qüvvəsi çatışmadığından, çox vaxt bu işlər səfərbərlik şəklində həyata keçirilirdi. (İ.Şıxlı).
3. Ölkənin sülh vaxtı mövcud olan silahlı qüvvələrini müharibə şəraitinə keçirmə. □ Hava qüvvələrinin səfərbərliyi. Ölkənin bütün qüvvələrinin səfərbərliyə götürülməsi.
4. Xalq təsərrüfatının bütün sahələrini hərbi vəziyyətə keçirmə.