1. Daimi yaşayış yeri olmayan, daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan; avara, sərgərdan, sərsəri, veyil. □ Səfil adam. Səfil həyat sürmək. Səfil yaşamaq.
2. İsim kimi: daimi yaşayış yeri olmayan, daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan; avara, sərgərdan, sərsəri, veyil adam. □ Dedik ki, torpaqda nə səfil, nə ac; Nə də bir kimsəsiz görünsün gərək! (S.Vurğun).
3. Acınacaqlı, müsibətli, fəlakətli; səfalətli. □ Sən də məni məhv et, rica edirəm. Məni bu səfil həyatın əlindən qurtar. (M.S.Ordubadi).