Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SƏİDƏ

ərəb. saida sözündəndir. Səidə qadın adı xoşbəxt, ağgünlü, bəxtəvər mənalarını ifadə edən Səid kişi adından (bax: ad – SƏİD) ənənəvi yolla yaranmışdır.

Keçən əsrdə populyar qadın adlarından olmuşdur. Səidə adı XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmışdır. Adın daşıyıcıları bu gün, əsasən, orta və yaşlı nəslin nümayəndələridir desək, yəqin ki, səhv etmərik. Qeyd etmək lazımdır ki, çox vaxt ailələrdə Fərid, Nahidə, Aidə və Səidə adları qafiyə xatirinə qoyulmuşdur. Adın daşıyıcıları arasında Azərbaycanın Əməkdar Müəllimi, XX əsrdə qadın hüquqları uğrunda fəal mübariz Səidə İmanzadə də var (1910-1982). Səidə xanımın Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatları Paris və San-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti