Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

səliqəli [səli:qəli] sifət

1. Səliqəyə, üsula müvafiq, səliqəyə salınmış, müntəzəm, düzgün, nizamlı. □ Səliqəli iş otağı. Səliqəli yataqxana. Səliqəli ev. 
2. Hər şey öz yerində, qaydada. □ Balaca həyət yenə əvvəlki kimi səliqəli idi.
3. Səliqəsi olan, işi səliqə ilə görən, səliqə qaydalarını gözləyən. □ Səliqəli qız. Səliqəli şagird. 
4. Zərf kimi: təmiz, diqqətli, dürüst, hər şey öz yerində. □ Skamyada mənimlə birlikdə səliqəli geyinmiş cavan bir gürcü də oturmuşdu. (A.Şaiq).

Azərbaycan dilinin izahlı lüğəti